A24 Xeber

“Azərsu” istifadəçiləri üçün bu xidməti ASANLAŞDIRIR

“Azərsu” istifadəçiləri üçün bu xidməti ASANLAŞDIRIR
74
22 May 2018 - 14:23

“Azərsu” ASC 12-ci elektron xidməti abonentlərin istifadəsinə verib.

“A24.Az”ın məlumatına görə, “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbaryıllı bildirib ki, abunəçi sayğacın üzərindəki göstəricini sistemə yükləyərək borcunu hesablaya biləcək.

“Bu xidmət bizim abonentlər üçün daha vacib elektron xidmətlərdən biridir.  Son illərdə 3 mindən çox yaşayış binasında su sayğacları mənzillərin daxilindən çölə çıxarılıb. Bizim mexaniki su sayğaclarının əksəriyyəti mənzillərin daxilində yerləşir. Bu isə borcun hesablanması ilə bağlı bir sıra problemlər yaradırdı. Bu və ya digər səbəblərdən nəzarətçi sayğacın göstəricisini öyrənə bilmirdi. Yeni elektron xidmət bu problemləri aradan qaldıracaq. Abonent sadəcə abonent kodu, sayğacın nömrəsi, plombun nömrəsini daxil etməklə sayğacın şəklini göndərməklə borcunu öyrənə və ödəyə biləcək”, – deyə A.Cəbaryıllı vurğulayıb.

“Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin rəisi Emil Əhmədov deyib ki, sayta daxil olaraq abonent istifadəçi təlimatın yükləyə və ya “Azərsu” vasitəsilə “12-ci elektron xidmətdən istifadə edə bilər. Onun sözlərinə görə, abonent bu xidmət vasitəsi ilə “Azərsu” ASC-yə sualları ünvanlaya o cümlədən, “Çağrı Mərkəzi”nə müraciət edə bilər: “Müraciət ən geci 5 iş günü ərzində cavablandırılır”.

A.Cəbaryıllı əlavə edib ki, “Azərsu” elektron xidmətlərin göstərilməsi ilə bağlı dövlət qurumları arasında 5-ci yeri tutur: “Azərsu” ASC tərəfindən 2012-ci ildə ilk elektron xidmət istifadəyə verilib. 2014-cü ildə 1, 2015-ci ildə 2, 2016-cı ildə 3, 2017-ci ildə 4, 2018-ci ildə 1 elektron xidmət istifadəyə verilib. 2018-ci ildə 4 əlavə elektron xidmət də istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə bu xidmətlərin 16-ya çatdırmağı düşünürük. Elektron xidmətlərə müraciətlərin sayı 2013-cü ildə 21, 2014-cü ildə 5181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, 2018-ci ildə isə 155 464 ədədə olub”.

A.Cəbaryıllı bildirib ki, bu il ərzində “Azərsu” ASC daha 5 elektron xidmət istifadəyə verməyi planlaşdırır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00