Azərsu: "Sabahdan Bakı içməli su ilə tam təmin olunacaq"

Azərsu: “Sabahdan Bakı içməli su ilə tam təmin olunacaq”
Want create site? Find Free WordPress Themes and plugins.
“Azərsu”: Sabahdan Bakı içməli su ilə tam təmin olunacaq”

“Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti də bərpa olunub. Kəmərin 25 quyusu bərpa edilib və mənbədən su emal olunaraq Bakı şəhərinə ötürülür “.

“AP24.Az”ın məlumatına görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, Pirallahı rayonu tam su ilə təmin edilir, Yasamal, Səbail, Binəqədi, Nərimanov, Xətai, Nizami, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə su verilişi bərpa edilib və bu istiqamətdə işlər davam etdirilir.

“Oğuz-Qəbələ-Bakı su kəməri qismən öz gücü ilə işləyir, bu kəmərlə saniyədə 0,5 kubmetr su ötürülür. Oğuz-Qəbələ-Bakı su kəməri hələlik tam gücü ilə işləmədiyindən bu kəmərin qidalandırdığı rayonlarda, Abşeron, Hökməli, Qobu, Binəqədinin və digər yerlərin su təchizatında müəyyən problemlər olacaq”, – deyə “Azərsu” rəsmisi vurğulayıb.

A.Cəbrayillı əlavə edib ki, hazırda Ceyranbatan və Kür su təmizləyici qurğular kompleksləri tam gücü ilə işləyir və Bakıya verilən su həcminin 70 faizdən çoxu hazırda bərpa edilib: “Abşeronda vəziyyət normallaşıb, Görədil bağlar massivinə su verilir. Bu gün “Azərsu” şəbəkədə sabitlik yaradır. Əsas məqsədimiz axşam saatlarına qədər anbarlara su vurulmasına nail olmaqdır”.

A.Cəbrayıllı vurğulayıb ki, sabahdan Bakı içməli su ilə tam təmin olunacaq.

Xatırladaq ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. İki enerji blokunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında problem yaranıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar