A24 Xeber

Aziz Yıldırım Arda Turana “Fənərbaxça”ya gəlməsi üçün yalvardı: “Nə qədər istəsə, xərcləyəcəyəm”

Aziz Yıldırım Arda Turana “Fənərbaxça”ya gəlməsi üçün yalvardı: “Nə qədər istəsə, xərcləyəcəyəm”
289
25 İyun 2017 - 14:21

“Fənərbaxça” Arda Turanı transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubunun prezidenti Aziz Yıldırım bu məqsədlə futbolçuya sözü keçən şəxsləri araya salıb.

Hətta “Fənərbaxça” prezidenti “Arda gəlməyi qəbul etsə, transferi üçün lazım olan qədər pul xərcləməyə hazıram” deyib.

Aziz Yıldırımın futbolçunu razı salmağı xahiş etdiyi şəxslərdən biri Emre Belezoğludu. Onun Arda ilə çox yaxşı münasibətləri var. “Başakşəhər”in kapitanı artıq Arda zəng edərək “Fənərbaxça”ya gəlməkdən qorxma. Bu camiə sənə qucaq açacaq” deyib.

Qeyd edək ki, Emre də Arda kimi “Qalatasaray”ın yetirməsidi. O, sonradan “Fənərbaxça”ya keçib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00