AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam

AzTV-də özünü alman turist kimi təqdim edən İbrahimin atası danışdı: Oğluma görə çox narahatam
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Dövlət Televiziyasında yayımlanan süjet sosial şəbəkədə böyük ajiotaj doğurub.
“Meydan TV” AzTV-də turist kimi təqdim olunan şəxsin əslində azərbaycanlı olması ilə bağlı məlumat paylaşıb. Məlumata görə, süjetdə adı Avraam Sxeltin təqdim olunan şəxs əslində İbrahim Əliyev imiş.
 
AZXEBER.COM məsələylə bağlı süjetin qəhrəmanı İbrahim Əliyevin atası Nazim Əliyevlə əlaqə saxlayıb. O deyib ki, oğlu məktəblidir və cəmi 15 yaşı var.
“Mən hələ də nə baş verdiyini anlamıram. Mənim oğlumun cəmi 15 yaşı var və o məktəblidir. Sosial şəbəkədə yayılan videolar onun psixologiyasını poza bilər, mən oğluma görə narahatam. Videonun silinməsiylə bağlı Meydan TV-yə yazdım, onlarsa məni bloka atdılar, rəyimi işıqlandırmadılar”.
Nazim Əliyev deyib ki, oğlu şəhərdə gəzişərkən telekanal əməkdaşı ona yaxınlaşıb və o da zarafatlaşmaq məqsədilə müsahibə verib: “Oğlum mənə deyir ki, müxbir ona dedi ki, danışıqların efirə getməyəcək, o da ona görə danışıb. Ancaq telekanal iddia edir ki, oğlum özü zarafatlaşmaq məqsədilə elə danışıb. Hər halda mən oğluma görə narahatam, onunla bağlı gələn pis şərhlər silinsə yaxşı olar”
AZXEBER.COM həmin gəncin müsahibəsinin orijinal formasını əldə edib.
Bu videoda da aydın görünür ki, gənc özünü Almaniyadan gələn turist kimi təqdim edir və sözləri də olduğu kimi tərcümə olunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar