Babasil və ürəyi gedənlər üçün duaların yer aldığı dini kitablar etiraza səbəb oldu - DQDK isə icazə verdi - FOTO

Babasil və ürəyi gedənlər üçün duaların yer aldığı dini kitablar etiraza səbəb oldu – DQDK isə icazə verdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Babasil və ürəyi gedənlər üçün duaların yer aldığı dini kitablar etiraza səbəb oldu.
A24.az xəbər verir ki, “Dini Qrumlarla İş üzrə Komitənin rəy verdiyi, arxasında “dini təyinatlı” yazılan, satışdakı kitablarda ciddi səhvlər aşkarlanıb.
 
Bu barədə “Sherg.az”a dini kitablardakı səhvlər haqqında danışarkən ilahiyyatçı Elşad Miri bildirib. Onun sözlərinə görə, komitə ilahiyyatçının elmi kitabına qadağa qoyub, ciddi səhvlər olan kitabları dərc edir.
İlahiyyatçı açıqlamasında bildirib:
“Mənə maraqlıdır ki, “Babasil üçün dua”, “Ağcaqanadın insana toxunmaması üçün dua”, “Qızdırmanın çarəsi” və s. kimi gülməli fraqmentlərin yer aldığı kitabları hansı ekspertlər yoxlayır? Sosial şəbəkələrdə paylaşdığım faktlar hələ kitabların çox az hissəsidir.
Əvvəllər heç bir çatışmazlığı qabartmırdım ki, bəlkə irəliləyişlər əldə olunar. Amma eyni şeyin davam etdirildiyini gördüm. Sadəcə bir müddət komitə və dini qurumlar cəmiyyətə özünü o cür təqdim etdi. Sonradan yenidən əvvəlki düşüncələrinə qayıtdılar. İlahiyyatçıların özünün anlayışı, həyata baxışı dəyişməlidir. Onlarla bağlı iş aparılmalı, düzgün maarifləndirmə həyata keçirilməlidir”.
 
Qeyd edək ki, Elşad Mirinin sosial şəbəkələrdə paylaşdığı kitablarda əks olunan “Ağcaqanadın insana toxunmaması üçün dua”, “Babasil üçün dua”, “Ürəyi gedən şəxs üçün dua”, “Qızdırmanın çarəsi” və s. başlıqlı yazılar müzakirə mövzusuna çevrilib. İlahiyyatçı bu “dua”ların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə dərc edilən kitablarda yer aldığını bildirib.
A24.az 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar