A24 Xeber

Bağdadda minalanmış avtomobil partladılıb

Bağdadda minalanmış avtomobil partladılıb
13
07 İyun 2018 - 4:19

İraqın paytaxtı Bağdadda minalanmış avtomobil partladılıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin güc strukturlarındakı mənbə bildirib.

Məlumata görə, hadisə şiələrin üstünlük təşkil etdiyi “Mədinət əs-Sədr” rayonunda, Bağdadın şərqində, qəhvəxananın yaxınlığında baş verib. Hələlik xəsarət alanlar və ya ölənlər barədə məlumat yoxdur.

Ərazidə yaşayanların əksəriyyəti dini lider Müqtəda əs-Sədri dəstəkləyənlərdir. Onun rəhbəri olduğu blok bu yaxınlarda keçirilən parlament seçkilərində qalib gəlib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00