A24 Xeber

Bağdadda partlayış: Xəsarət alanlar var

Bağdadda partlayış: Xəsarət alanlar var
25
26 May 2018 - 1:32

İraqın paytaxtı Bağdadda kommunistlərin baş qərargahında partlayış baş verib.

Bu barədə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən RİA “Novosti” məlumat yayıb.

“Associated Press”in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Bundan əvvəl İraqda parlament seçkiləri keçirilib və Kommunist partiyası seçkilərdə qalib gəlmiş “Sairun” blokunun tərkibində iştirak edib.

“Naməlum şəxslər tərəfindən qoyulan partlayıcı qurğu Kommunist partiyasının Bağdadın mərkəzindəki Əl-Əndəluz meydanında yerləşən baş qərargahının bağında partlayıb”, – deyə mənbə bildirib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00