Bakı Avropa Liseyində şagirdlərdən 100 manat yığılır - İDDİA/AÇIQLAMA

Bakı Avropa Liseyində şagirdlərdən 100 manat yığılır – İDDİA/AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az-ın redaksiyasına Bakı Avropa Liseyində qanun pozuntularının olması ilə bağlı şikayət daxil olub.

Adının çəkilməsini istəməyən valideyn iddia edir ki, ibtidai sinif şagirdlərindən sinifin təmir vəziyyətindən asılı olmayaraq, 100 AZN pul yığılır.

“Bundan başqa, müəllimlər günündə 80, 8 mart-da isə 100 manat pul yığılır. İldə iki dəfə yığılan fon pulunun miqdarı 120 AZN olur. Uşaqların ildə 4-5 dəfə test etməsi valideynlərə əlavə ödənişlərə başa gəlir. Ödəniş etməyən valideynlərin övladları müəllimlər və valideynlər komitəsi tərəfindən sıxışdırılır. Çünki hər hansı bir valideyn ödəniş etməyəndə, onun verməsi gərəkən məbləği digərləri öz aralarında bölərək ödəmək məcburiyyətində qalırlar. Ən maraqlısı isə 3-4-cu siniflərdən liseyə qəbul olunan şagirdlərin rəhbərliyin təzyiqi ilə psixoloq yanına göndərilməsidir. Çünki düşünürlər ki, Fənnlər arası təlim dərsini təzə qəbul olan uşaqlar başa düşməz və şagirdlər dərsi tədris edən müəllimin yanına hazırlığa getməyə məcbur edilirlər. Valideynlər digər təhsil müəssisələrindən azca fərqlənən liseydə uşaqlarını oxutmaq üçün bütün imkanlarından keçməli olurlar. Bu şərtlərlə razılaşmayan isə çox olur. Liseydə uşaqların sayı getdikcə azalmağa başlayır”- deyə valideyn şikayətində bildirib.

Məsələ ilə bağlı Bakı Avropa Liseyi ilə əlaqə saxladıq. Direktor Aygün Mikayılova şikayətə münasibətində bildirdi ki, liseydə sözü gedən hallar baş vermir.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar