Bakı əhalisinin sayı açıqlandı - Əhalinin 50 faizindən çoxunu...

Bakı əhalisinin sayı açıqlandı – Əhalinin 50 faizindən çoxunu…
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı əhalisinin sayı açıqlanıb. 

“A24.az” bildirir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 2269,7 min nəfərə çatıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir.

Doğulan körpələrin 156 nəfəri əkiz, 2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar