“Bakı Fond Birjası”nın bir neçə üzvünün fəaliyyəti dayandırılıb

“Bakı Fond Birjası”nın bir neçə üzvünün fəaliyyəti dayandırılıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən BFB-nin bəzi üzvlərinin fəaliyyətinin “Qiymətli kağızlar bazarı haqqında” qanuna və BFB-nin “Üzvlük Qaydaları”na uyğun olmadığına görə dayandırılıb.

“A24.az” bildirir ki, Birjadan Trend-ə verilən məlumata görə, Üzvlük Komissiyasının qərarı ilə “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 01 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb.

Eyni zamanda, BFB-nin Komitənin qərarı ilə “Yapı Kredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Qeyd edək ki, hazırda BFB-nin “Kapital Menecment ASC”, “İnvest-AZ QSC”, “Az-Finans investisiya şirkəti QSC”, “Unicapital ASC”, “Paşa Kapital QSC” və “PSG-Kapital İŞ QSC” daxil olmaqla 6 üzvü var.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar