A24 Xeber

“Bakı Marafonu – 2018”ın rekord sayda iştirakçısı var

“Bakı Marafonu – 2018”ın rekord sayda iştirakçısı var
80
12 May 2018 - 11:23

“Bakı Marafonu – 2018”ə rekord sayda iştirakçı qatılacaq.

Bu barədə “A24.Az”a layihənin icraçısı olan “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib.

O bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.

A.Əhmədovun sölərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.

Qeyd edək ki, mayın 13-də keçiriləcək “Bakı Marafonu – 2018” saat 10:00-da start götürəcək.

2016-cı ildə Bakıda təşkil olunan marafona 7 min, ötən il isə 13 mindən çox şəxs qatılıb. 2017-ci ildə Gəncədə keçirilən marafonda isə 11 min nəfər iştirak edib. /Report.AZ
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00