Bakı məktəblərində vərəm yayıldı? - AÇIQLAMA

Bakı məktəblərində vərəm yayıldı? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı məktəblərinin birində müəllimənin vərəm tutması barədə sizə xəbər vermişdik. 

A24.Az xəbər verir ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb.

 Məsələ ilə bağlı Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə əlaqə saxladıq.  Bildir ki, müəllimənin xəstə olması ilə bağlı məlumat onlara bazar ertəsi daxil olub.

“Müəllimə dekabrın sonundan səhhəti ilə bağlı məktəbdən ayrılıb. Təqdim etdiyi xəstəlik arayışında, kəskin resperator xəstəsi olması qeyd olunub. Özünü pis hiss etməsi ilə əlaqədar həkimə müraciət edib. Ona məsləhət görülüb ki, müalicə olunsun. Amma vərəm olması haqqında bizə heç bir məlumat daxil olmayıb. Bununla bağlı özü nə tədbir görübsə biz onu araşdırırıq. Amma yanvarın sonunda onun vərəm əleyhinə müəssisələrin birinə daxil olması, təsdiq edilib. Həmin müəllimə hazırda orda müalicədədir.

Hazırda ərazi üzrə Gigiyena və Epidemiologiya mərkəzinə xəbər verilib. Mərkəz müəllimənin yaşadığı və işlədiyi yerdə lazımı tədbirlər aparır. Evdə və işdə onunla əlaqədə olan insanlar müayinə olunmalıdır ki, onların da vərəmə tutulub-tutulmaması aşkar edilsin.

Bu günədək hələki heç kəsin yoluxması faktı aşkar olunmayıb. Lakin hələ son məlumatı vermək tezdir.  Bu işlər bir həftəyə qədər davam edəcək”.

Həqiqət Qədirova məlumatların cəmiyyətdə yaratdığı ajiotajdan da danışdı:

“Əgər o müəllimə deyil, işsiz biri olsaydı bu qədər ajiotaj yaranmazdı. Onun sadəcə evindəki şəxslər müayinə edilərdi. Sırf müəllim və uşaqlarla kontaktda olması və insanların çox olduğu bir müəssisədə işləməsi ilə əlaqədar məsələ bu qədər rezonans doğurdu. Bu qədər böyüdəcək  bir məsələ yoxdur. Vərəm çöpləri geniş yayılıb. Hər birimiz daimi həmin insanlarla əlaqəda olmaqla qarşı-qarşıyayıq. Təsadüfi deyil ki, körpə 2-3 günlüyündən vərəm əleyhinə peyvənd olunur. Xüsusi vurğulayım ki, hər qısa kontakt zamanı insan yoluxmur.  Əhali qorxmasın”

– Davamlı olaraq məktəblərdə yoxlanışlar aparılırmı?

“Bəli. Davamlı olaraq müəllimələr ildə bir dəfə müayinədən keçir”

Bəs necə olub ki, müəllimənin vərəm olması aşkarlanmayıb?

“Ola bilər ki, müayinədən keçəndə aşkar olunmayıb. İndi biz bunları araşdırırıq. Bizə vaxt lazımdır ki,müəllimənin yoxlanışdan axrıncı dəfə  nə zaman keçməsini aydınlaşdıraq. Ola bilər ki, keçən ilki müayinəsindən sonra yoluxub. Yəni vaxtaşırı bu insanlar müayinədən keçirilirlər. Bununla bağlı son məlumat yoxdur. Onu kimin müayinə etdiyi, nə zaman müayinədən keçdiyi, necə yoluxduğu barədə hələ heç nə deyə bilmərik”.

Nərmin Kərim, A24.Az 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Sağlamlıq, Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar