Bakı metrosu yenə qarışdı - Vaqonlar boşaldıldı - SƏBƏBİ isə...

Bakı metrosu yenə qarışdı – Vaqonlar boşaldıldı – SƏBƏBİ isə…
Want create site? Find Free WordPress Themes and plugins.

Aprel ayının 24-də səhər pik saatlarda metroda yenə qarışıqlıq və izdiham yaşanıb.

A24.Az xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub:

“Bir vaqonun qapısı nasaz idi. Ona görə, sərnişinləri boşaldıb, depoya getdi.
Yerinə də depodan qatar buraxıldı xəttə”.

Bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar “Həzi Aslanov”dan “İçərişəhər”ə sərnişinsiz gedib.

Növbətçinin “Qatara minik yoxdur” xəbərdarlığı sonrası platformaya daxil olan qatar saxlamadan yoluna davam edib.

8 dəqiqə sonra əks istiqamətdə (Üzü “Həzi Aslanov” stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti “Qatara minik yoxdur. Vaqonları tərk edin” xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığı pik həddə çatıb.

Qatarlarda nasazlıq olduğu ehtimal edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar