A24 Xeber

Bakı metrosunda cibgir saxlanılıb

Bakı metrosunda cibgir saxlanılıb
18
05 Aprel 2018 - 13:42

Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.

A24.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Rzayeva aprelin 3-də “Neftçilər” stansiyasında qatara minərkən əl çantasından içərisində pulu, tələb bileti, bank kartı olan pulqabısının oğurlandığını bildirb.

Dərhal şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs tezliklə müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə o, elə həmin stansiyasının ətrafında polis əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Quliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı oğurlanmış pulqabı ondan aşkar edilib.

E.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00