A24 Xeber

Bakı metrosunda DƏHŞƏT: Epilepsiya xəstəsi olan qadın relslərin üstünə yıxıldı

Bakı metrosunda DƏHŞƏT: Epilepsiya xəstəsi olan qadın relslərin üstünə yıxıldı
159
13 Fevral 2018 - 20:22
Bu gün  Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Belə ki, sərnişinlərdən biri qatarın altına yıxılıb.
A24.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, hadisə bu gün saat 18:49 radələrində metronun “İnşaatçılar” stansiyasında baş verib:
“Məmmədova Sevinc Rafiq qızı “İnşaatçılar” stansiyasında Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına  yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub”
N.Paşayev həmçinin qeyd edib ki, baş vermiş hadisə intihar deyil: “Həmin xanım səhhətində olan problemlə əlaqəli müvazinətini itirib və yıxılıb”.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00