A24 Xeber

Bakı metrosunda faciə: körpənin qolu qatarın qapısı ilə divarı arasında qaldı

Bakı metrosunda faciə: körpənin qolu qatarın qapısı ilə divarı arasında qaldı
64
11 İyun 2018 - 14:06

“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasında insident olub.

A24.Az “Report”a istinadən xəbər verir ki, 2 yaş 4 aylıq uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb.

Hadisə “Dərnəgül”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda qeydə alınıb. Qatarda olan sərnişinlər güc tətbiq edərək qapını geriyə çəkiblər və uşağın qolu çıxarılıb. Zərərçəkmiş təcili olaraq stansiya rəhbərliyinə təhvil verilib.

Uşağı müayinə etmək üçün təcili tibbi yardım çağırılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00