Bakı metrosunda gənc qız özünü qatarın altına atdı

Bakı metrosunda gənc qız özünü qatarın altına atdı
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

A24.Az “Unikal.org”-a istinadən xəbər verir ki, hadisə təxminən 12:50 radələrində baş verib.

Belə ki, İçəri şəhər – Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhfil verilib.

İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar