Bakı metrosunda həyəcan: Vaqonları tərk etməli oldular

Bakı metrosunda həyəcan: Vaqonları tərk etməli oldular
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb. 

A24.Az report-a istinadən xəbər verir ki, “Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında bildirib ki, gecikməyə səbəb adıçəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar