A24 Xeber

Bakı Metrosunda QADAĞA – Baş nazir qərarı imzaladı

Bakı Metrosunda QADAĞA – Baş nazir qərarı imzaladı
618
20 Aprel 2018 - 9:16

Nazirlər Kabineti “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2017-ci il 29 dekabr tarixli fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Bakı Metropolitenindən istifadə Qaydaları”na dəyişikliklər edib.

“A24.az” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Bakı Metropolitenində stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Qeyd edək ki, əvvəlki qaydada stansiyalarda, keçidlərdə və vaqonlarda ancaq siqaret çəkmək qadağan olunmuşdu.

Report.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00