Bakı metrosunda qatar adam vurdu

Bakı metrosunda qatar adam vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.

Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

 “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bu gün saat 13:41-də “Neftçilər” stansiyasına daxil olarkən qatarın güzgüsü platformada dayanan gəncə dəyib. Müşahidə kameralarına baxılıb və məlum olub ki, qatar stansiyaya daxil olan anda sərnişin digər sərnişinlərin önünə keçərək qatara birinci daxil olmaq istəyib. Həmin anda sərnişin hüdud səddini keçdiyindən qatarın güzgüsü sərnişinin qoluna  dəyib. Nəticədə sərnişin yerə yıxılıb, eynəyinin güzgüsü onun alnını kəsib. Hadisə stansiyanın girişində dayandığından sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin, 1996-cıil təvəllüdlü Orxan Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət yüngül olub”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar