A24 Xeber

Bakı-Quba yolunda maşın piyadanı vuraraq öldürdü

Bakı-Quba yolunda maşın piyadanı vuraraq öldürdü
78
01 Fevral 2018 - 3:43

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

“90-NK-668” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00