A24 Xeber

Bakı sakini qadını şəkilləri ilə şantaj etdi, 12 min manatını əlindən aldı

Bakı sakini qadını şəkilləri ilə şantaj etdi, 12 min manatını əlindən aldı
223
12 Mart 2018 - 13:13

Paytaxt sakini olan qadından şantaj etməklə 5140 manat və 4000 ABŞ dolları almaqda şübhəli bilinən Miryusif Məmmədov saxlanılıb.

A24.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin mart ayından bu il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.(publika.az)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00