A24 Xeber

Bakı sakinləri boğulurlar – ŞİKAYƏT – FOTO

Bakı sakinləri boğulurlar – ŞİKAYƏT – FOTO
74
05 May 2018 - 12:15

Sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb.

A24.Az oxu.az-a istinadən xəbər verir ki, bəzi istifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.

Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.

İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev sayta açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:

“Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sözügedən saytın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00