Bakı sakinlərinin nəzərinə - Bəzi piyada keçidlərinin yeri dəyişdirildi - FOTOLAR

Bakı sakinlərinin nəzərinə – Bəzi piyada keçidlərinin yeri dəyişdirildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eynisəviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eynisəviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.

Agentlikdən A24.Az-a verilən məlumata görə, qeyd edilən işlərə Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Mərhələli şəkildə Bakı şəhərinin ərazisində yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri təşkil ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar