A24 Xeber

Bakı şəhər Baş Polis İdarəsindən xəbərdarlıq: “Azyaşlılar mitinqə buraxılmayacaq”

Bakı şəhər Baş Polis İdarəsindən xəbərdarlıq: “Azyaşlılar mitinqə buraxılmayacaq”
194
10 Mart 2018 - 11:36
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın bu gün keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. 
A24.az xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Unikal.org-a bildirib ki, Məhsul Stadionunun ətrafında polis postları qurulacaq, əraziyə avtomobillərin girişinə qadağa qoyulacaq. Təhlükəsizlik məqsədi ilə stadiona keçən vətəndaşların üstləri yoxlanılacaq.
O, əlavə edib ki, içəri yad əşya keçirilməsinə imkan verilməyəcək. Stadiona daxil olan vətəndaşlardan polis şəxsiyyət vəsiqəsi tələb etməyəcək. Əgər kiminsə yaşının 18-dən az olması ilə bağlı şübhə yaranarsa, həmin şəxslərdən sənəd tələb olunacaq.
BŞBPİ-nin rəis müavini qeyd edib ki, azyaşlılar stadiona- mitinq keçirilən əraziyə buraxılmayacaq. Mitinq bu gün saat 15:00-da Məhsul stadionunda keçiriləcək.
A24.az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00