A24 Xeber

Bakı Şəhər İcra Hakimiyyətində kadr islahatı

Bakı Şəhər İcra Hakimiyyətində kadr islahatı
89
07 Sentyabr 2018 - 12:35

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.

“A24.az” “Report”a istinadən xəbər verir ki, BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.

O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-dən “Report”a bildirilib ki, kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00