A24 Xeber

Bakıda 15 min manata konsert bileti – İçki, hovuz və məşhurlarla… – FOTOFAKT

Bakıda 15 min manata konsert bileti – İçki, hovuz və məşhurlarla… – FOTOFAKT
208
20 İyul 2018 - 15:43

Bakıda dəyəri 15 min manata (8800 dollar) olan konsert bileti satılır.

“A24.az” xəbər verir ki, 15 minlik bilet 26-29 iyulda “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “JARA-2018” festivalınadır. Biletin adı isə “Platinum” adlanır. 6 nəfərlik masa üçün nəzərdə tutulan biletə yemək, içki, hovuzun və məşhur səhnə ulduzlarının yanında oturmaq daxildir. Yəni 15 min manatı 6 nəfər arasında böldükdə hər adama 2500 manat düşür.

Bundan başqa bir qədər ucuz  və “VİP” adlanan, dəyəri 5 min manata olan (2930 dollar) bilet satışı da var. Bu biletin masası isə 4 nəfər üçün nəzərdə tutulub. “Jara v Baku” festivalına getmək üçün  5 və 15 min manatı olmayanlar isə ən azı 50-500 manat arasında olan biletlərdən ala bilərlər. Belə ki 50 AZN-ə alacağınız biletlə ancaq ayaqüstə dayanıb konserti izləyə bilərsən, yəni iki ayağın tutduğu yer üçün gərək 50 azn ödəyəsən ki, nəsə izləyə biləsən.

“VİP” və “Platium” biletlərin satışı ilə ayrı-ayrılıqda xüsusi şəxslər məşğul olur. Zəng edib maraqlandıq və soruşduq ki, “qiymətlər realdır? Azərbaycanda 15 min manata bilet satışı var?”. Bu qiymətə bilet satışının olduğunu deyən “VİP” və “Platium”un satışıyla məşğul olan xanımlar qiymətlərin qiymətinin hər il dəyişdiyini dedilər. Artıq festivalın ilk günü üçün 15 minlik biletdən cəmi 2 yerin boş qaldığı və həmin günü 120 məşhurun səhnədə çıxış edəcəyi məlum oldu. Alıcıların kifayət qədər olduğunu deyən xanım bildirdi ki, biletin baha olmasına səbəb masanın məşhur simaların yanında yerləşməsidir.

“Jara v Baku” beynəlxalq festivalının 50-500 manatlıq biletlərinin satışı ilə məşğul olan “iTicket.az”la əlaqə saxladıq. Bu vaxta kimi belə bir qiymətə və ya bundan baha bilet satdıqlarını öyrənmək istədik. Konkret olaraq indiyə qədər bu qiymətə bilet satıb satmadığına cavab vermək istəməyən, onlayn bilet satışıyla məşğul olan “iTicket.az” saytındakı məsul şəxsdən aldığımız cavab isə belə oldu: “Jara v Baku” festivalına bilet yetərincə münasib qiymətədir, çünki biletlər təkcə 15 min manatlıq deyil, 50 manatdan başlayır. Əgər müştəri məşhur ifaçılarla eyni masada oturmaq, eyni ərazidə olmaq istəyirsə, 15 min manat ödəyib 6 nəfərlik masada yer alırsa yaxşıdır”.

Qeyd edək ki, ilk dəfə JARA Beynəlxalq musiqili yay festivalı 9-10 iyul 2016-cı ildə Nardaranda yerləşən “Sea Breeze” istirahət mərkəzində keçirilib. Festivalın təşkilatçıları isə müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, “Zolotoy Qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00