A24 Xeber

Bakıda 17 yaşlı qız zorlandı

Bakıda 17 yaşlı qız zorlandı
92
10 May 2018 - 19:44

8 nömrəli sanatoriya tipli internat məktəb bu təhsil ocağında 16 yaşlı qızın zorlanmaya məruz qalmasına dair KİV-də yayılmış məlumatlara münasibət bildirib.

A24.Az Report-a istinadən xəbər verir ki, hər iki yeniyetmə göstərilən internat məktəbinin şagirdi deyil, məktəbdən məzun olublar:

“Məlumat üçün qeyd edək ki, 17 yaşlı qız anası onu sevdiyi oğlana vermədiyi halda, intihar edəcəyini deyib. Anası DİN-in 102 xidmətinə zəng vurduqdan sonra qız yalan danışdığını deyib. Bu zaman anası 102 xidmətinə yenidən zəng vurub və qızının ona yalan söylədiyini bildirib”.

15:35

Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

A24.Az Report-a istinadla xəbər verir ki, paytaxt şəhər sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində qızı 17 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00