A24 Xeber

Bakıda 45 ünvanda YENİ tipli dayanacaqlar salınır – FOTO

Bakıda 45 ünvanda YENİ tipli dayanacaqlar salınır – FOTO
53
07 Sentyabr 2018 - 20:54

Bakıda sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) A24.Az-a verilən məlumata görə, 45 ünvanda Azərbaycan dövlət tikinti normaları nəzərə alınaraq, “cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00