A24 Xeber

Bakıda 45 yaşlı fəhlə iş yerinə salamat çata bilmədi

Bakıda 45 yaşlı fəhlə iş yerinə salamat çata bilmədi
572
07 Mart 2017 - 9:49

Bakıda işə gedən fəhləni avtomobil vuraraq öldürüb.

“A24.az” “report”a istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Məmmədov Elgün Əliyyət oğlunu avtomobil vuraraq öldürüb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, E.Məmmədov səhər saatlarında fəhlə kimi çalışdığı tikinti şirkətinə gedirmiş.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00