A24 Xeber

Bakıda 6-cı mərtəbədən düşərək ölən uşağın valideynləri cavab verəcək – Cinayət işi açıldı

Bakıda 6-cı mərtəbədən düşərək ölən uşağın valideynləri cavab verəcək – Cinayət işi açıldı
56
20 İyul 2018 - 10:56

Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.

“A24.az” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən  yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00