A24 Xeber

Bakıda ağır qəza: Tonlarla neft dağıldı – FOTO

Bakıda ağır qəza: Tonlarla neft dağıldı – FOTO
52
05 Aprel 2018 - 12:42

Ötən gün Bakı-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisində iki yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az  Virtualaz.org-a istinadən xəbər verir ki,  hər ikisi qoşqulu olan “MAN” və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində “MAN”ın sürücüsü – 55 yaşlı Gürcüstan vətəndaşı Tamaz Dalindze hadisə yerində ölüb.

Onun cəsədi avtomaşında sıxılmış vəziyyətdə qaldığı üçün hadisə yerinə gəlmiş xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

T.Dalindzenin idarə etdiyi “MAN”ın sistern-qoşqusunda olan 50 ton neft isə yolun kənarına dağılıb.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00