A24 Xeber

Bakıda ağır yol qəzası: Maşın aşdı, qadın sürücü yaralandı – VİDEO

Bakıda ağır yol qəzası: Maşın aşdı, qadın sürücü yaralandı – VİDEO
54
13 May 2018 - 10:43

Ötən gecə Bakının Yasamal rayonu ərazisində, “Azərsu” ASC-nin binası qarşısında minik maşını aşıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, “99-KJ-767” dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.

Nəticədə qadın sürücü ağır yaralanaraq şok keçirib. Onu avtomobildən yaxınlıqda olan insanlar çıxararaq xəstəxanaya aparıblar.

Hazırda həmin qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00