A24 Xeber

Bakıda ağır yol qəzası: Ölən və yaralılar var

Bakıda ağır yol qəzası: Ölən və yaralılar var
46
04 May 2018 - 20:29

Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib.

Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00