Bakıda ailə qarşıdurması - Ata oğlunu qaçırdı

Bakıda ailə qarşıdurması – Ata oğlunu qaçırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 2-də 4 nəfər naməlum şəxs qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib.

A24.Az xəbər verir ki, övladı oğurlanan Könül Ərsoy“Qafqazinfo”ya müraciət edərək bildirib ki, həmin gün təxminən saat 19 radələrində birlikdə yaşadığı qardaşı Seymur işdən gələndən sonra bu hadisə baş verib: “Seymur evə girən kimi arxasınca tanımadığımız 4 nəfər basqın edib üstümüzə cumdu. Seymuru vurub yıxdılar, sonra da döyməyə başladılar. Oğlum Eldarı da tutdular, uşaq ağladı, mən qollarından yapışıb nə qədər özümə tərəf çəksəm də, heç nə edə bilmədim. Keçmiş yoldaşım Babək Ərsoy da onlardan arxada dayanmışdı, sonra o da içəri girdi. Uşağı yarıçılpaq vəziyyətdə götürüb apardılar.

Mən iki il əvvəl yoldaşımdan boşanmışam. Məhkəmə qərarı ilə uşağı atası ilə görüşdürdüm, o, Eldarı aparıb 8 ay özündə saxladı, məndən gizlətdi. Sonra yenidən məhkəmə vasitəsilə geri aldım”.

K.Ərsoy deyib ki, məsələ ilə bağlı polisə müraciət ediblər, araşdırma aparılır.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, B.Ərsoy zənglərimizə cavab vermədi. 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar