Bakıda aldığı kənd südünü bişirdi, rezin kimi uzandı – VİDEO

Bakıda aldığı kənd südünü bişirdi, rezin kimi uzandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Paytaxt sakinlərindən biri bazardan süd alıb. Üstəlik, bu süd ona kənd südü adı ilə satılıb. Ancaq evdə bişirildikdə ortaya fərqli mənzərə çıxıb.

”A24.az” “xezerxeber.az”a istinadən xəbər verir ki, ilk baxışdan hər hansı bir kimyəvi maddəyə bənzəsə də, paytaxt sakini Aydın Laçınov bunu bazardan “kənd südü” adından alıb.

Ancaq həmin süd bişdikdən sonra formasını dəyişib. Aydın Laçınov deyir ki, bazardan aldığı südün bu formaya düşməsi onu təəccübləndirib. Ona daha çox təsir edən isə satıcının bu məsələyə reaksiyası olub.

Xəzər TV-nin çəkiliş heyəti  südün satıldığı bazara baş çəkib. Satıcı əvvəlcə məsələni inkar etsə də, sonra vəziyyətdən başqa çıxış yolları tapmağa çalışıb.

Ət və süd məhsulları satışa çıxarılmadan öncə mütləq yoxlanılmalı və həmin məhsula xüsusi icazə sənədi verilməlidir. 8-ci kilometr bazarında ət və süd məhsullarının yoxlama və nəzarət işini 21 saylı baytarlıq sanitariya ekpertiza labaratoriyası həyata keçirir.

Laboratoriyadan bildirdilər ki, onlar sözügedən südün satışa çıxarılmasına dair hər hansı icazə sənədi verməyiblər.

Ekspertlər tövsiyə edirlər ki, belə təhlükəli hallarla rastlaşmamaq üçün hər hansı ərzaq məhsulu alarkən onun istehsalçısının bəlli olmasına və məhsulun etiketlənməsinə diqqət yetirilməlidir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Sağlamlıq, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar