Bakıda aptek müdiri saxlanıldı -  Psixatrop maddələr satırmış

Bakıda aptek müdiri saxlanıldı –  Psixatrop maddələr satırmış
Want create site? Find Free WordPress Themes and plugins.

 Bakının Nəsimi rayonu ərazisində gizli şəkildə psixatrop maddələrin satıldığı aptekin müdiri saxlanılıb.

Əməliyyat Bakı şəhər sakininin faktla bağlı Bakı Şəhər Prokurorluğu və Səhiyyə Nazirliyinə müraciəti əsasında aparılıb.

Paytaxt sakini müraciətində bildirib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 ünvanında yerləşən “Çinar farm” adı altında fəaliyyət göstərən aptekdə güclü təsirə malik psixatrop maddələr satılır.

Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı sözügedən ünvandakı “Çinar farm” aptekinin sahibi Qasımov Natiq İdris oğlu güclü təsirə malik psixatrop maddələrin satışında şübhəli bilinərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsənin 308.2 və 240.3.2 ci maddələri üzrə cinayət işi başlanılıb.

Bir müddət əvvəl həmin aptekdə güclü təsir edən maddələrin satılmasına dair KİV-də məlumat yayılıb.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar