A24 Xeber

Bakıda autizmli uşaq və gənclər üçün velosiped yarışı

Bakıda autizmli uşaq və gənclər üçün velosiped yarışı
26
06 Sentyabr 2018 - 16:44

11 sentyabr saat 16:00-da Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

“A24.az” bildirir ki, AİK-in mətbuat xidmətindən verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, “BrendSport.az” saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcəkdir.

İdmanın bu növü Autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, bu idman növünün təbliği, həm də klublar arasında daha güclü idmançıları ortaya çıxarmaqdır.

Yarış və konsert proqramında hər kəs iştirak edə bilər.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00