A24 Xeber

Bakıda Avropa Liqasının finalı ilə əlaqədar komitə yaradıldı

Bakıda Avropa Liqasının finalı ilə əlaqədar komitə yaradıldı
37
07 May 2018 - 19:24

Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

A24.Az xəbər verir ki, Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq AbdullayevAzərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

 

Təşkilat Komitəsinin üzvləri

Yusuf MəmmədəliyevAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad RəhimovAzərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elmar MəmmədyarovAzərbaycan Respublikasının xarici işlər naziri
Ramil UsubovAzərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin HeydərovAzərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin MustafayevAzərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir ŞərifovAzərbaycan Respublikasının maliyyə naziri
Mikayıl CabbarovAzərbaycan Respublikasının vergilər naziri
Oqtay ŞirəliyevAzərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs QarayevAzərbaycan Respublikasının mədəniyyət naziri
Ramin QuluzadəAzərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun BayramovAzərbaycan Respublikası təhsil naziri
Səfər MehdiyevAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət QuliyevAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin QuliyevAzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal HüseynovAzərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz HüseynzadəAzərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  vitse-prezidenti
Anar ƏləkbərovHeydər Əliyev Mərkəzinin direktoru
Vüsal KərimliBakı Nəqliyyat Agentliyinin direktoru
Elxan MəmmədovAzərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir, habelə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00