Bakıda avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bu görüntülər Bakıda çəkilib. İndiyədək aparılmış maarifləndirmə və təbliğatlardan sonra bənzər hallar azalsa da, hələ də bəzi sürücülər həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atmaqda davam edir. Baxmayaraq ki, sərnişinlə dolu avtobusların, o cümlədən banında adam daşıyan yük avtomobillərinin yanacaqdoldurma məntəqələrinə girişi qadağandır.

A24.Az xezerxeber.az-a istinadən bildirir ki, bu qaydanı pozan sürücünü 3 bal və 60 manatlıq cərimə gözləyir.
Hətta yanacağı qurtarmaq üzrə olsa da, sürücü məntəqəyə avtobusun sərnişinlərini kənarda düşürüb girməldir.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirib ki, hazırda Bakıda bir sıra daşıyıcıların normal istehsalat bazası olmadıqından avtobuslar gecələr sürücülərdə qalır. Onların məsuliyyətsizliyi isə sözügedən halların yaranmasına səbəb olur. Buna görə də sahibkarlara xəbərdarlıq edilib və yaxın aylarda istehsalat bazası olmayan daşıyıcıların avtobusları xətdən yığışdırılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar