A24 Xeber

Bakıda bahalı maşın sürüb cərimələrini ödəyə bilməyənlərin AQİBƏTİ

Bakıda bahalı maşın sürüb cərimələrini ödəyə bilməyənlərin AQİBƏTİ
640
09 Mart 2017 - 9:38

Bakıda yol polisi əməkdaşları bir neçə bahalı avtomobili cərimə meydançasına salıb.

“A24.az” xəbər verir ki, “avtosfer.az”ın əməkdaşı həmin avtomobillərin bir neçəsinin fotolarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığındakı cərimə meydançasında çəkib.

Məlum olub ki, “Mercedes GL”, “Porsche”, “BMW”, “Land Rover”, “Dodge”, “Crsyler” və başqa bu kimi bahalı avtomobillərin cərimə meydançasına salınmasına səbəb onları idarə edən şəxslərin xeyli miqdarda ödənilməyən cəriməsinin olmasıdır.

Bundan əlavə, avtomobili sərxoş halda idarə edən, nəqliyyat vasitəsinə əlavə avadanlıqlar quraşdıran sürücülərin də avtomobili cərimə meydançasına salınıb. Həmin avtomobillər arasında AA seriyalı 100 minlik avtomobil də var.

“Niva” markalı avtomobildə isə konstruksiya dəyişikliyi edildiyi üçün cərimə meydançasına gətirilib.

Cərimə meydançasında çəkilən fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00