Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - FOTOLAR-VİDEO-Yenilənib

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb – FOTOLAR-VİDEO-Yenilənib
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. Yanğınsöndürənlərin hadisə yerində olan APA-nın müxbirinə verdiyi xəbərə görə, yanğın iki mənzili əhatə edib. Yanğın baş verən mənzildə yanar konstruksiyalar və ev əşyaları təxminən 50 kv.m. sahədə yanıb. Yanğının keçdiyi qonşu mənzildə  isə yanar konstruksiyalar və ev əşyaları təxminən 10 kv.m. sahədə yanıb.

bakida bdu muellimlerinin yasadigi binada yangin sondurulub yenilenib 2

bakida bdu muellimlerinin yasadigi binada yangin sondurulub yenilenib 2

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı yuxarı mərtəbələrdə yaşayan sakinlər mənzillərdən təxliyə olunub.

Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Hadisə ilə bağlı FHN əlavə məlumat verəcək.

bakida bdu muellimlerinin yasadigi binada yangin sondurulub yenilenib 2

************

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

A24.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

*******

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.

Yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. (APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar