A24 Xeber

Bakıda bələdiyyə sədri otağında döyüldü

Bakıda bələdiyyə sədri otağında döyüldü
92
30 May 2018 - 22:20
Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev öz iş otağında döyülüb. Hadisə qanunsuz tikinti ilə məşğul olan qəsəbə sakinləri 53 yaşlı Bəykişi Baxışov və 37 yaşlı Natiq Qasımov tərəfindən ötən gün törədilib.
 
A24.Az xəbər verir ki, Binəqədi polis idarəsindən “Sputnik Azərbaycan”a verilən məlumata görə, məsələni aydınlaşdırmaq üçün B. Baxışov və N. Qasımov bələdiyyənin ofisinə çağırılıblar. Bu zaman Hikmət Quliyevlə onların arasında dava düşüb. Hadisə baş verən zaman Binəqədi İH-nin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov da orada olub.
Faktla bağlı araşdırma aparmaq üçün Biləcəri bələdiyyəsinə zəng vurduq. Bələdiyyə nümayəndəsi Aysel Musayeva hadisədən xəbərsiz olduğunu, hazırda sədrin işdə olmadığını dedi.
Döyülmə hadisəsi zamanı bələdiyyə sədrinin otağında olan qəsəbə nümayəndəsi İbad İbrahimov isə bunun elə böyük bir hadisə olmadığını, hazırda həm özünün, həm də bələdiyyə sədrinin işdə olduğunu dedi: “Bələdiyyə sədrinin vəziyyəti yaxşıdır, heç bir xəsarət halı yoxdur.
Hazırda özü də işdədir, mən də işdəyəm. Bu elə böyük hadisə deyil, belə insidentlər həmişə olur. Görünür, həmin adam anormal adam olub. Bir ədəbsiz hərəkət elədi və biz də tədbir gördük, hüquq-mühafizə orqanlarına müraciət etdik”.
Xatırladaq ki, bu bələdiyyə sədrlərinin döyülməsi ilə bağlı ilk hadisə deyil. Xüsusən, Binəqədi rayonunda qanunsuz tikilən evlərlə bağlı problemlər olduğundan analoji hadisələr tez-tez baş verir. 3 il əvvəl Sabunçu rayon Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov və mühəndis Samir Əliyev sakinlərin qəzəbinə tuş gəlmişdi. Sakinlər bel və taxta parçaları ilə onları döymüşdülər.
A24.Az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00