Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - VİDEO

Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Broyler toyuqları kənd toyuğu adı ilə vətəndaşlara satılır.

Həmin toyuğu alıb istifadə edən müştərilər isə sonradan məhsulun keyfiyyətində fərqliliyin şahidi olurlar.

Paytaxtın Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı yaxınlıgında yolun kənarında olan ticarət köşklərində toyuq məhsulları satılır. Köşklərdə vətəndaşlara həm broyler, həm də kənd toyuğu təklif edilir. Maraqlısı isə odur ki, kənd toyuğu ilə broyler toyuğunun qiyməti arasında elə də böyük fərq yoxdur.

Satılan toyuqların kənd toyuğu olmadığını elə alıcılar da təsdiq edir.

Satcılar iddia edirlər ki, satdıqları toyuqlar müxtəlif rayonlarda kənd şəraitində saxlanılaraq bəslənilir. Sonra isə kəsilərək bazara gətirib, vətəndaşlara satırlar.

Bakı şəhər Baytarlıq İdarəsinin müffətişlik şöbəsinin müdiri Zahid Nəsibli deyir ki, vətəndaşlar toyuq alarkən onun kənd və ya broyler toyuğu olduğunu asanlıqla seçə bilərlər. Bunun üçün isə bəzi nüanslara diqqət etmək lazımdır.

Diqqət etməli məqamlardan biri də qiymət fərqidir. Belə ki, hazırda bazarda kənd toyuğunun qiyməti 7-8 manat arasında dəyişir.

Hüquqşunaslar isə bildirir ki, belə vəziyyətdə isehlakçıların hüquqlarının pozulmazı vəziyyəti yaranır. Buna görə də, İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşları aldadan fiziki şəxslər 350 manatdan 500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə oluna bilərlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar