Bakıda bu dəfə cip əks yola çıxdı: Bütün polislər bu sürücünü axtarır - VİDEO

Bakıda bu dəfə cip əks yola çıxdı: Bütün polislər bu sürücünü axtarır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda daha bir sürücü nəqliyyat vasitəsini yolda əks istiqamətə çıxararaq hərəkət edib.

A24.Az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb.

Sürücü qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.

Hazırda yol polisi görüntülər əsasında həmin nəqliyyat vasitəsini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə, sürücü məhkəmənin qərarı ilə avtoxuliqanlıq hərəkətinə görə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, inzibati qaydada da müəyyən müddətə həbs ediləcək.

Daha bir protiv gedən sürücü by a24info-az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar