A24 Xeber

Bakıda buraxılış imtahanında ən yaxşı və ən pis nəticə göstərən rayonların adı açıqlandı

Bakıda buraxılış imtahanında ən yaxşı və ən pis nəticə göstərən rayonların adı açıqlandı
59
12 Sentyabr 2018 - 18:20

Son 4 il ərzində Bakıda məktəblərin buraxılış imtahanlarının nəticələrinin irəliləməsi və geriləməsi rayonlar üzrə təhlil edilib.

Bunu Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil Idarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib.

 Onun sözlərinə görə, 9-cu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən siyahıda ilk üçlükdə Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbəri, son üçlükdə isə Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləridir.

M.Vəliyeva qeyd edib ki, əvvəlki tədris ilə müqayisə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəff əq qiymət alanların sayı 0,54 faiz azalıb , müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00