Bakıda "Cip"lə oğurluğa gedən cinayətkar dəstə yaxalandı - VİDEO

Bakıda “Cip”lə oğurluğa gedən cinayətkar dəstə yaxalandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Paytaxtda “Cip”lə oğurluğa gedən cinayətkar dəstə aşkarlanıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb. Müəyyən edilib ki, Novrur Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri – Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov və Mirasəf Kərimli saxlanılıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar Novruz Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edək ki, polis Novruz Salayevdin yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4 kiloqram yarımdan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və “Maqnum” markalı tapança aşkar olunaraq götürülüb.

Paytaxtın Sabunçu polisi də evləri qarət edən şəxsi tutub. Xanoğlan Hadıyev 12-ci Polis Bölməsinə məlumat verib ki, evdə olmadığı müddətdə mənzilin pəncərəsi qırılıb, oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlanıb. Polis bu işdə şübhəli kimi həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayevi tutub. Saxlanılan şəxs oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı müvafiq maddələrlə cinayət işi başlanıb, istintaq davam edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar