Bakıda daha bir yol yenidən qurulur - VİDEO

Bakıda daha bir yol yenidən qurulur – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda daha bir yol əsaslı şəkildə təmir edilir.

Söhbət Nəsimi və Nərimanov rayonları arasında uzunluğu 4 kilometrə yaxın olan Təbriz küçəsindən gedir.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlərin müəyyən hissəsi icra edilib. Artıq yolun bir hissəsi nəqliyyat vasitələrinə bağlanıb. İstismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir.

Yenidənqurma işləri çərçivəsində 35 min kvadrat metrdən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu və kipləşdirmə işləri aparılır.Köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.

Bütün kommnukasiya işləri yekunlaşdıqdan sonra, küçə boyu yeni asfalt-beton örtüyü döşənəcək. İşlərin isə tam olaraq yaxın 3 ayda yekunlaşdırılması planlaşdırılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar