A24 Xeber

Bakıda dəhşətli qəza: bir ailənin 3 üzvü öldü

Bakıda dəhşətli qəza: bir ailənin 3 üzvü öldü
71
12 İyun 2018 - 8:32

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az”ın “Report”a istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “KamAZ” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə “VAZ-2106″da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00