A24 Xeber

Bakıda dəhşətli yanğın baş verdi – FOTOLAR

Bakıda dəhşətli yanğın baş verdi – FOTOLAR
1. 464
21 Mart 2018 - 12:03
Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində dəhşətli yanğın baş verib.
A24.az xeberbiz.az-a istinadən xəbər verir ki, məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.
Düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata evində baş verib. Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.
Qonşuların köməyi nəticəsində, azyaşlı və qocalar təxliyə olunublar.
FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.
Hadisə yerindən çəkilən kadırları təqdim edirik.
A24.az
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00